BİZNES

29 Sentyabr

H&M üçüncü maliyyə rübündə xalis mənfəətini gözlənildiyindən də yaxşı 39% artırıb.

Finss.az xəbər verir ki, Avropanın ikinci ən böyük geyim şəbəkəsinin sahibi olan Hennes Mauritz Group (HM) 2025-ci maliyyə ilinin üçüncü rübündə xalis mənfəətini 39% artıraraq analitiklərin gözləntilərini üstələyib.

Şirkətin hesabatına görə, iyun-avqust dövründə xalis mənfəət bir ilin eyni dövründəki 2,306 milyard SEK ilə müqayisədə 3,212 milyard SEK (342 milyon dollar) təşkil edib.

Əməliyyat mənfəəti bir il əvvəlki 3,507 milyard SEK-dən 4,914 milyard SEK-ə yüksəldi. Əməliyyat marjası 5,9%-dən 8,6%-ə yüksəldi.